Azərbaycanda toydan qayıdan ailə qəzaya düşdü

Azərbaycanda toydan qayıdan ailə qəzaya düşdü
SOSİAL
08:37 08.12.2022
333
Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var.

AZXEBER COM-un Report-a istinadən məlumatına görə, hadisə rayonun "Səbət bazarı" yaxınlığında qeydə alınıb.

"Mersedes" markalı avtomobil hərəkətdə olan zaman anidən qarşısına mal-qara çıxıb. Bu zaman sürücü idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər, 10 yaşlı M.Süelymanzadə, 42 yaşlı S.Məmmədova, 54 yaşlı S.Məmmədova və 40 yaşlı G.Məmmədova xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR