Azərbaycanda toyuna hazırlaşan gənc dəm qazından boğuldu

Azərbaycanda toyuna hazırlaşan gənc dəm qazından boğuldu
11:02 02.04.2013
1754

Lənkəranda dəm qazından boğulma hadisəsi baş verib. Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən axşam qeydə alınıb. Lənkəran şəhər sakini, 25 yaşlı Ruslan Sərraf oğlu Hüseynov halsız  vəziyyətdə yaxınları tərəfindən evin  hamam otağında aşkarlanıb. Təcili olaraq Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılan R.Hüseynovu xilas etmək mümkün olmayıb. 

Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. 25 yaşlı gəncin ölümünün dəqiq səbəbləri isə meyitin daxili müayinəsinin nəticələrindən  sonra bəlli olacaq. 

Hər iki valideynini itirmiş Ruslanın bu yaxınlarda toyu olacaqmış. 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR