AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, narahatlığa heç bir əsas yoxdur.
Onun sözlərinə görə, Türkiyədən gələn quş əti ölkədə qiymətləri artıracaq dərəcədə çox deyil.
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də "Xəzər Xəbər"ə bildirdi ki, Türkiyədəki bu məhduydiyyətin ölkə bazarına təsiri gözlənilmir.
Sədr bildirdi ki, anbarlarda kifayət qədər toyuq əti ehtiyatı var. Yaxın 6 ay, 1 ildə toyuq ətində bahalaşma gözlənilmir.










































