Azərbaycanda "TÜRKOVAC"ın sınaqlarına yaxın vaxtlarda başlanıla bilər

SAĞLAMLIQ
14:37 16.11.2021
146
Azərbaycanda Türkiyənin koronavirusa qarşı "TÜRKOVAC" vaksininin üçüncü fazasının kliniki sınaqlarına bu yaxınlarda başlanıla bilər.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır:

"Bildiyiniz kimi, TÜRKOVAC Türkiyə istehsalı olan inaktivləşdirilmiş platformada hazırlanan bir vaksindir. Azərbaycanda da həmin vakisinin üçüncü fazasının kliniki sınaqlarının bir hissəsinin keçirilməsi nəzərdə tutulub. Ümidvaram ki, bu yaxınlarda da bu proses başlanılacaq. Demək olar ki, əldə etdiyimiz vaksinlərin sayı artacaq", - T.Musayev deyib.

OXŞAR XƏBƏRLƏR