Azərbaycanda tullantılarla bağlı strategiya hazırlanır

Azərbaycanda tullantılarla bağlı strategiya hazırlanır
01:21 27.06.2012
1033
İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının hazırlanması üzrə tədqiqatların nəticələrinə dair müzakirələr aparılıb.İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin və icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının və layihə çərçivəsində tədqiqatların həyata keçirilməsi məqsədi ilə cəlb edilmiş Türkiyənin “Ekodenge” şirkətinin nümayəndələri iştirak ediblər.Müzakirələr zamanı inkişaf strategiyasının hazırlanması ilə bağlı aparılan tədqiqatların ilkin nəticələri barədə məlumat verilib. Vurğulanıb ki, strategiyanın hazırlanması istiqamətində demoqrafik göstəricilər, tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemləri, tullantıların tərkibinin tədqiqi, hüquqi aspektlər, institusional və maliyyə analizləri və tariflərin öyrənilməsi üzrə analitik təhlillər artıq yekunlaşmış və müvafiq hesabatlar hazırlanıb.
OXŞAR XƏBƏRLƏR