Azərbaycanda ''turizm kəndləri'' yaradılır - VİDEO

Azərbaycanda
SOSİAL
23:29 30.08.2026
117
Turizm xəritəsində yeni ünvanlar yaranır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, dağ kəndlərindən cənub bölgəsinə qədər bir sıra yaşayış məntəqələrinin turizm imkanlarının daha sistemli şəkildə qiymətləndirilməsi nəzərdə tutulur.

Hazırda, Qusarın Laza, Qubanın Qrız, Qəbələnin Duruca, Qaxın İlisu və Sarıbaş, İsmayıllının  İvanovka, Lerikin Bibiyani və Astara rayonun Sim kəndlərini əhatə edən "turistik kənd" layihəsi həyata keçirilir.

Mütəxəssislərin fikrincə, belə ərazilərin turizm dövriyyəsinə daha aktiv qoşulması həm yerli biznes, həm də kənd sakinləri üçün yeni gəlir imkanları yarada bilər.

Amma, dəyişiklik yalnız turizm obyektləri və xidmət sahələri ilə məhdudlaşmaya bilər. Turistlərin üstünlük verdiyi kəndlərdə yerləşmə vasitələrinə tələbin artması əmlak bazarında da qiymətlərini də canlandıra bilər. Xüsusilə mənzərəli ərazilərdə yerləşən fərdi evlər, torpaq sahələri və kirayəyə yararlı obyektlərin qiymətində də artım istisina edilmir.

Beləliklə, "turizm kəndi" konsepsiyasının əsas hədəfi kəndləri turistlər üçün cəlbedici məkana çevirməklə yanaşı, həmin ərazilərdə iqtisadi fəallığı da artırmaqdır.

Ekspertlər deyirlər ki, turist sayının artması bu kəndlərdə həm xidmət sektoruna, həm də əmlak bazarına marağı daha da gücləndirə bilər.

OXŞAR XƏBƏRLƏR