Azərbaycanda turizmin inkişafını əngəlləyən bərbad yollar - Nə zaman düzələcək?

Azərbaycanda turizmin inkişafını əngəlləyən bərbad yollar - Nə zaman düzələcək?
SOSİAL
14:11 16.07.2024
259
Azərbaycan yay turizminin qaynar dövrüdür. Sərhədlər bağlı olduğundan, təyyarə ilə xarici səfərlərə çoxlarının maddi imkanı çatmadığından insanlar yay tətili günlərini ölkə daxilində keçirməyə üstünlük verirlər. Ölkə daxilində də turizmin yüksək qiymətləri diqqət çəkir. Adamlar rayonlardan bir meçə gündən artıq istirahət eləyə bilmirlər. Çünki otellər, hətta şəxsi kirayə evlər əhalinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Bundan başqa və əsas məsələ yay turizmi üçün önəmli olan bölgələrin yolları bərbad vəziyyətdədir. Bəs görəsən bu vəziyyət nə zamana qədər davam edəcək? 
 
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Moderator.az-a danışıb. 
 
"Sosial-iqtisadi inkişafı, dövlət proqramına uyğun olaraq bölgələr üzrə avtomobil yollarının təmir olunması, o cümlədən ölkənin sərhəd olan qonşu ölkələrə çıxışlarının təmin olunması üçün artıq təxminən 15 ildir dövlət proqramı var, bu proqram çərçivəsində hər il avtomobil yollarına böyük sərmayelər yatırılır. Təbii ki, Azərbaycanın hər bir ərazisi gözəldir və daha cəlbedici, füsunkar təbiətə malik olan bölgələrimiz var. O cümlədən paytaxt Bakı daxil turist məkanlarının inkişaf etdirilməsi, elə Respublikanın özünün inkişafı deməkdir. Turizmdən əlavə gəlirlərin gəlməsi özü dövlətin, əhalinin sosial rifahına təsir edən amillərdir. Nəzərə alsaq ki, elə dövlətlər var, təxminən onların dövlət büdcəsinin 70-80%-i  turizmdən əldə olunan gəlirlər hesabına baş verir, yəni bu gəlirlər onun dövlət büdcəsinin təminatının açarıdır. Qaldı ki, konkret Azərbaycana bizim turizm potensialına malik olan və əsas 3 istiqamət üzrə avtomobil yollarının vəziyyəti qənaətbəxşdir.
Yeni qurulan yollar özü güclü və həmin regionun potensial güc mərkəzinə çevrilə bilir. Misal üçün, istər cənub bölgəsi olan magistralımızda, Bakı-Ələt-Astara magistralı, o cümlədən Quba-Rusiya istiqamətində, istər Bakı-Ələt-Qazax magistralı, Bakı-Şamaxı-Yevalx, Gürcüstan dövlət sərhəd istiqamətində olan yollardır. Bu yollarda işlər demək olar ki, surətlə aparılıb. Bu da birbaşa müəyyən 5-10-15 km məsafə ilə bəzən maksimal 30 km olan turizm obyektlərinə  müəyyən bir məsafədə yerləşirlər. Yəni o şaxəli yollardan turizm məntəqələrinə təxminən maksimal 30 km var. Misal üçün, istər yay, istər qış mövsümü üçün açıq olan Qəbələ ərazisində turizm obyektləri, cənub bölgəsində olan turizm obyektləri, o cümlədən şimal bölgəmizdə Quba, Xaçmaz reginonunda olan, Gəncə-Qazax-Tovuz-Gədəbəy, bu ərazilərdə hal-hazırkı vəziyyətə görə Gədəbəy, Daşkəsən vəs. bu ərazilər üzrə yolların təmirinə qismən ehtiyac var. Bəzən də olur ki, təbii fəlakətlər ( Daşqın, sel, sürüşmələr) yolların keyfiyyətinə təsir edir. Təbii ki, təmirə ehtiyac olan yollarımız var. Bu yollar ümumiyyətlə həllin gözləyən məsələlər çərçivəsindədir. Naxçıvan Muxtar Respublikası ərazisində turizm obyeklərinin demək olar ki, əksəriyyətinə böyük miqadarda vəsait ayrıldı və o yollar hamardır. Sevindirici və qürurverici məsələni də qeyd edim, hal-hazırda böyük investisiyalar yatırılan, işğaldan azad olunmuş və qürur mənbəyimizə çevrilən Şuşa, Kəlbəcər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində olan ərazilərə yollar çəkilir".
 
Ekspert qeyd edir ki,  Azərbaycan-Ermənistan dövlət sərhədi istiqaməti bizim 1051 km-ə yaxın bir dövlət sərhədimiz var:
 
"Bu km-dən istər Sovetlər vaxtı, istər də müstəqillik qazanıldıqdan sonra demək olar ki, oradan istifadə etmədik. Amma indiki dövrdə bizim dövlət sərhədləri, yaşayış məskənləri üzrə yollar olmayıb və Azərbaycan dövləti öz daxili imkanları, təbii maliyə resusları, dövlət büdcəsinə bunlar çəkilib. Misal üçün istər Qubadlı rayon ərazisində olan sərhəd boyunca yaşayış məntəqələrini birləşdirən, bir-biri ilə əlaqələndirən geniş yol olmayıb, bu ən çox Kəlbəcərdə  hiss olunur. Digər ərazilər var ki, onlar bir-biri ilə rayon mərkəzlərinə getmədən əlaqəli yolları olmasın. Hal-hazırda dövlət tərəfindən bunların əsası yenidən qurulur. Ümumiyyətlə yeni yollar çəkiləcək. Bu da çox böyük bir uğurun təcəssümüdür və sevindirici bir haldır. Təbii ki, biz  də dövlətimizlə, xalqımızla, dövlətçiliyimizlə  qürur duyuruq”.
OXŞAR XƏBƏRLƏR