Azərbaycanda tüğyan edən virusun adı məlum oldu: "Honkonq qripi"

Azərbaycanda tüğyan edən virusun adı məlum oldu: "Honkonq qripi"
SAĞLAMLIQ
17:48 10.01.2017
1783

 

Son aylar ölkə əhalisi arasında sürətlə yayılan qrip virusu ciddi təşviş yaradıb. 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva əhali arasında yayılan bu kəskin virusun A tipli H3N2 qripi olduğunu deyib. 

Bəs H3N2 qrip virusu nədir? Əlamətləri və doğurduğu təhlükə hansılardır?    

V.Axundov adına Elmi -Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova açıqlamasında deyib ki,  oktyabr ayından bu günə qədər Respublika Taun Əleyhinə Stansiyasına tibb müəssisələrindən 165 yaxma nümunəsi daxil olub.

R. İsmayılova bildirib ki, daxil olan  nümunələrin laborator müayinəsi zamanı paraqrip, adenavirus, kəskin respirator viruslar aşkarlanıb: "İki nəfərdən götürülmüş yaxma nümunəsində isə H3N2 qrip virusu aşkarlanıb. Həmin şəxslərdə kliniki əlamətlər yüngül keçdiyi üçün onlar qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə təşkil olunmuş xüsusi palatalara yerləşdirilmədilər. Müalicə təyin olundu və artıq sağalıblar”.

R.İsmayılova əlavə edib ki, hazırda qriplə bağlı əhali arasında nəzarət ciddi aparılır  və ölkədə qrip xəstəliyi epidemik həddi keçməyib: "Qriplə bağlı epidemioloji durum sabitdir. Epidemik həddən çox aşağıdır”. 

Səhiyyə Nazirliyi: Panikaya əsas yoxdu 

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov açıqlamasında deyib ki, əhali arasında yayılmış xəstəlik mövsümi qripdir və təşvişə gərək yoxdur.

V.Qasımovun sözlərinə görə, hər il olduğu kimi bu il də mövsümi qriplə bağlı artım müşahidə olunur: "Keçən il bundan da çox mövsümi qripə yoluxma halı qeydə alınmışdı.  Azərbaycanda hələ ki, epidemioloji hədd keçilməyib. Xəstələnmə epidemioloji həddən aşağıdır. Maksimum həddə çatanda artıq başqa tədbirlər görüləcək. Məktəblər, iş yerləri bağlanacaq. hazırda həmin vəziyyətə çatmamışıq. Ölkədə epidemioloji hal elan edilməsi üçün epidemik həddin hesablanma düsturu var ki, bu Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hesablanır. Hazırda ölkədə epidemioloji durum sabitdir və daim nəzarətdədir. Hələlik respublikada bu məsələ ilə bağlı problem yaşanmır".

Əhali arasında qripdən ölənlərin olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən V. Qasımov deyib ki, bu fikirlər həqiqətə uyğun deyil: " Əgər ölüm halı olubsa, bunu gizlətmək olmaz axı. Belə bir şey yoxdur. Səhiyyə Nazirliyi bir daha bildirir ki, bəli, bu il mövsümi qriplə bağlı artım var və lazımı tədbirlər görülür”.

V.Qasımov son olaraq əhalinin nəzərinə çatdırıb ki, xəstə olanda mütləq tibb müəssisələrinə müraciət etsinlər: " Xəstə olan kimi dərhal bilib-bilmədən aptekə qaçmayın. Ailədə, qonşuda, qohumda xəstə varsa, təkidlə onu həkimə aparın”. 

///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım