Azərbaycanda unun qiyməti bahalaşdı - Buna səbəb nədir?

SOSİAL
15:39 12.10.2023
1502
Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Topdan satış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.
 
Bəs ərzaq məhsullarının, bilavasitə unun qiymətinin artması məqbuldur?
 
Və bu artım digər un məmulatlarının qiymətinə təsir edə bilərmi?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, sözügedən artım ötən il də müşahidə olunub:
 
"Ötən ilin yay aylarında dünya bazarlarında taxılın qiyməti bir az ucuzlaşdığı üçün Azərbaycanda unun qiymətində cüzi ucuzlaşma müşahidə olunurdu. Yəqin ki, artıq bu ucuzlaşmadan sonra qiymətlərin yenidən köhnə vəziyyətə qayıtmasının şahidi oluruq. Çünki son vaxtlar dünya birjalarında taxılın qiymətində də müəyyən artım var. Bizim istehsalçılar da bu artımdan istifadə edirlər. Yəni, dünyada qiymətlər artan kimi Azərbaycanda da qiymətlərdə dəyişiklik olur. Amma bunun daha köklü səbəbi odur ki, biz ölkə olaraq ərzaq buğdası ilə özümüzü cəmi 25 faiz təmin edə bilirik. Yerdə qalan 75 faizi xaricdən alırıq.
 

 
Ekspert qeyd edib ki, xaricdə hər hansı qiymət artımı Azərbaycana birbaşa təsir edir:
 
"Xaricdə hər hansı qiymət fərqi olan kimi bu birbaşa bizim daxili bazara təsir edir. Bu, strateji məhsul olan çörəyin və digər un məmulatlarının qiymətinə təsirsiz ötüşmür. İndi qiymətlərin yeni artım tempinin şahidi oluruq. Ola bilər ki, çörəyin və un məmulatlarının qiymətlərinin dəyişməsi gələcəkdə artsın. Ancaq istənilən halda, əgər unun qiyməti artırsa, 2-3 həftədən sonra pərakəndə satışda başqa un məmulatlarının qiymətinin artmasının şahidi ola bilərik. Bizdə çörəklə bağlı həmişə maraqlı tendensiya var. Çox zaman bu məhsulun qiyməti dəyişmir, yalnız çəkisi azalır. Çəkinin azalması hesabına qiyməti artırırlar".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər