"Uşaq əməyinin istismarı ölkəmizdə aşağı səviyyədədir”.
"AZXEBER.COM xəbər verir ki, bu sözləri mətbuat konfransında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycanda uşaq əməyinin istismarı aşağı səviyyədədir. DƏMX uşaq əməyinin istismarı ilə bağlı müəyyən dövlət qurumları ilə birgə tədbirlər həyata keçirir.
Dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, 1 halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb. Bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında işəgötürənlərə ümumilikdə 9 300 AZN məbləğində inzibati cərimə tətbiq edilib.
Eyni zamanda ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb. Bununla yanaşı, uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri hazırlanaraq Nazirliyə təqdim edilib.
Şahanə Ziyad










































