Tovuzda silahlı insident olub.
Bu barədəAPA-ya Rayon Prokurorluğundan bildirilib.
Hadisə bu gün səhər saatlarında Tovuz rayon mərkəzi bazarının yanında yerləşən qəbiristanlıqda qeydə alınıb. Rayon bazarında valyutadəyişmə ilə məşğul olan, 1963-cü il təvəllüdlü Sahib Cəfərov naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.