Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ
İQTİSADİYYAT
14:36 07.11.2025
554
2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımı müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa çalışırlar. Bu doğru yanaşma deyil.

AZXEBER.COM xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, artımın birinci mənbəyi qeyri-neft ÜDM-in özünün artmasıdır:

"Gələn il qeyri-neft ÜDM-i nominal olaraq təqribən 10%, real olaraq 5% artım proqnozlaşdırılır. Vergi isə nominal rəqəmlərdən tutulur. Birinci növbədə ÜDM-in özü artdığına görə gəlirlər artır. Hər zaman verginin ÜDM-dəki payına baxılır.

Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12.9 faizdirsə, gələn il bu göstərici 13.1 faiz olacaq. Cəmi 0.2 artım artımdır, ona görə ciddi vergi artımından danışmaq olmaz. Bu, yanlış bir yanaşmadı”.

S.Babayev vurğulayıb ki, vergi paketi təqdim olunub və onlarla müxtəlif yeni güzəşt nəzərdə tutulub.

"Yerli istehsal və kənd təsərrüfatı ilə bağlı geniş güzəştlər, Naxçıvan qeyd edildi, sadələşdirilmiş vergi limitinin 200 mindən 400 minə qaldırılır, nağdsız əməliyyatlarla bağlı güzəştlər də paketin tərkibindədir.

Ən çox müzakirə olunan məsələ isə muzldu gəlirə olan gəlir vergisi məsələsidir. Bu barədə son günlər dəfələrlə mövqeyimiz açıqlanıb. Əmək bazarının mütləq əksəriyyətini təşkil edən, yəni 2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisi 3 % olacaq. Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəli sürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi tətbiq ediləcəkdi. Yəni iqtisadiyyat üzərində vergi yükünün artdığını düşünmürük”, - deyə o fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir