Azərbaycanda verilişə zəng edən tamaşaçı, aparıcıya sevgi etirafı etdi - VİDEO + FOTOLAR

MAQAZİN
00:10 09.04.2013
8198
"Kanal-S" də yayımlanan "Gecənin yarı" verilişinin 6 aprel buraxılışında maraqlı anlar yaşanıb.AZXEBER.COM-un məlumatına görə, gənc müğənni Eldəniz İsrailovun aparıcılıq etdiyi verilişin qonaqları istedadlı ifaçı Yaşar Yusub və prodüseri Vüqar Şəfiyev olub. Müğənninin ifaları, maraqlı söhbət, gecə boyunca tamaşaçılara pozitiv əhval-ruhiyyə bəxş edib. Çoxlu tamaşaçı zəngləri ilə baş tutan proqramda, bir izləyicinin etirafı təəccübə səbəb olub. Belə ki, "Hansı məşhurun sevgilisi olmaq istəyərdiniz?"- sualına, xanım izləyici "Eldəniz İsrailovun sevgilisi olmaq istərdim"- deyə cavab verməklə aparıcını və qonaqları təəccübləndirib.Onu da qeyd edək ki, "Gecənin yarı" verilişinin şənbə buraxılışları Eldəniz İsrailovun təqdimatında yayımlanacaq. "Kanals.az" - daxil olmaqla bu proqramı dünyanın istənilən yerində izləyə bilərsiniz.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR