"Çox güman ki, müəyyən bir müddət ərzində biz ildə iki dəfə vaksinasiya olunacağıq. Bunu təsdiq kimi qəbul etməyin. Lakin bu haqda düşüncə var".
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O əlavə edib ki, qrip və COVID-19 kimi infeksiya və viruslar hər bir ştammına bir vaksin istəyir. Lakin bu da mümkün olan şey deyil.