Azərbaycanda vətəndaşları aldadan supermarketlərin növbəti kələyi - TƏHLİL

İQTİSADİYYAT
11:32 11.10.2012
3277

Supermarketin ürəyi, sahibkarın çörəyi - söhbət anbardan gedir, bəli, məhz belədir. Ən təbii qidalar, təmiz havası, saf suları, münbit iqlimi olan yerlərdə yetişir. Ən gözəl yeməklər müasir təchizatlı, təmiz mətbəxlərdən, işinin mütəxəssisi olan ustaların əlindən çıxdığı kimi, qidanı uzun müddət öz təbii keyfiyyətində qalması üçün də düzgün çeşidlənib, uyğun temperaturda, lazımi səth və yerdə saxlanılması şərtdir. Çox təəssüf ki, hazırda supermarketlərdə bu standartlara əməl olunmur.

Anbar işinin mütəxəssisləri bunu dəqiq bilirlər və təsdiq edərlər ki, yığılma və saxlanma çox mühüm məsələdir. Hal-hazırkı supermarketlərdə 50.000-dən çox qida və qeyri-qida qarışıq şəkildə stoklanmışdır. Bunların içində kimyəvi tərkibi güclü olan, insan orqanizminə zərəri həddən artıq olan məhsullar, o cümlədən, dondurulmuş qidalar, uşaq yeməkləri, ət və balıq məhsulları, çəki ilə satılan şirniyyat, həssaslıq tələb edən süd məhsulları və s. var. Günü bu gün supermarketlər düzgün çeşidləmə və saxlanma qaydalarına əməl etmiş olsalar, o zaman öz anbarlarını alıcılarının üzünə açıq edərlər. Supermarketlərin əksəriyyətinin anbarında qalan vaxtıkeçmiş məhsullardan yaranan bakteriyalar digər sağlam məhsullara da öz təsirini göstərir. Supermarketlərdə məhsulların üzərində göstərilən saxlama şəraitinə və temperatur qaydalarına əməl olunmur. Məhz düzgün saxlama və çeşidlənmə olmadığından məhsulların son istifadə tarixi bitmədən məhsullar korlanır və istifadəyə yararsız olur. Öz təbii keyfiyyətini və içindəki təbii inqridiyentləri itirmiş olur. Bu hal yay aylarında kütləvi hal alır, hətta iş zəhərlənmələrə belə gəlib çıxır. Anbar işinin düzgün təşkili, məhsulla yanaşı insan həyatının mühafizəsi deməkdir.Anbar işində ən vacib şərtlərdən biri də risklərin hesablanmasıdır. Anbar bura daxil olan 100.000-lik malın orda neçə gün, necə, hansı temperaturda, hansı çeşidlərin, hansı məsafədə saxlanılması, kimyəvi tərkiblərinin rütubət və istiliklə qarşılıqlı reaksiyası, ziyanvericilərdən və həşəratlardan müdafiə və s., kimi şərtlərə hesablanmış bir anbar olmalıdır. Supermarketlərdə elə bir proqramdan istifadə olunmalıdır ki, o satışla anbar arasında əlaqə quraraq mal qalığını hesablaya bilsin və “stock menecer” tərəfindən sifarişlər düzgün verilsin, əks halda mal qalığı düzgün görsənmədikdə “stock” şişir və bu da firmalar qarşısında əlavə borclanma kimi görsənir və eyni zamanda satışa yararsız məhsulun yaranmasına səbəb olur.

Anbardarın məvacibinin yüksək olması da anbar işinin düzgün təşkil olunmasının başlıca şərtidir. Anbardar və onun işçilərinin alacaqları məvacib ümumi işə təsir göstərir, məvacibi yüksək olan işçilər məhsullara daha həssas yanaşır, sifarişlərin düzgün verilməsinə, satışa çıxarılan məhsulların sürətli və təhlükəsiz şəkildə təşkil olunmasına həvəs göstərir. Anbar supermarketdə ayrıca bir şöbə olmalıdır, o şöbəyə mal sifarişi, qiymətləndirmə, “stock”-un idarə olunması daxil edilməlidir. Supermarketlərdə ürəklər anbarda döyünür, odur ki, sahibkarlar öz çörəklərinə hörmətlə yanaşmalıdırlar və insanların həyatını öz mənfəətləri uğruna riskə atmamalıdırlar.

Supermarketlərdə anbar işinin təşkilini texniki cəhətdən əsasən iki amilə görə səciyyələndirmək olar:1) Daşınma və saxlanma;

2) Supermarket daxilində digər işçilərlə operativ işləmə;

Düzgün daşınma supermarketə hər hansı bir distribütor tərəfindən gətirilən malların xarakteristikasına görə daşınmasıdır ki, əsas məsələ də elə burdan başlayır. Daşınma zamanı çox cüzi bir səhv elə ilk başdan alınmış mal-materialların zərər çəkməsi və yaxud da məhv olmasına gətirib çıxara bilər. Bunun üçün də mallar ekspeditordan təhvil alınarkən onun əvvəlcədən zədə alıb almamasını yoxlamaq, daşınmanı paketin içərisində olan malın xarakteristikasına görə və daşınma qaydalarına əməl olunaraq təşkil etmək lazımdır. Malın anbarlarda “stock”-lanıb saxlanılması həm sahibkarın gəlirində, həm də alıcıların keyfiyyətli mal əldə etməsi prosesində mühüm rol oynayır. Anbardar qəbul etdiyi malları yenə də öz xarakteristikasına görə anbarda “stock”-layıb saxlamalıdır ki, malların keyfiyyəti azalmasın və geri qaytarılmaq hallarının da qarşısı alınsın. Anbardar malları cərgədə elə “stock”-lamalıdır ki, bu yığılma onun özünün də işinin operativliyinə mane olmasın. Anbardarın digər işçilərlə operativ işləməsi dedikdə, anbardarın mədaxil və ya məxaric olunan, distribütora geri qaytarılmaq üçün anbara göndərilən, satış prosesində zədə alıb geri qaytarılan, istifadə müddəti bitib geri qaytarılan malların uçotunun düzgün şəkildə tutulmasına nəzarəti digər supermarket işçiləri ilə əməkdaşlıq çərçivəsində aparması başa düşülür. Əməkdaşlıq yazıram, çünki bu tip malların vaxtında aşkarlanıb düzgün şəkildə anbara təhvil verilməsi supermarketin işinin düzgün və tez bir şəkildə görülməsi deməkdir və bu işdə anbardara digər işçilərin köməyi lazımdır.

Tural Abdullayev

MarketologRetail & Service üzrə Biznes ConsultantTel:051-909-81-36E-mail:[email protected]/* */https://www.facebook.com/tural.abdullayev.77

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb