"Azərbaycanda vətəndaşların ictimai və dövlət maraqlarının müdafiəsindəki fəallığı bir çox ölkələr üçün örnəkdir"

"Azərbaycanda vətəndaşların ictimai və dövlət maraqlarının müdafiəsindəki fəallığı bir çox ölkələr üçün örnəkdir"
SOSİAL
14:24 28.03.2022
573
Hər bir dövlət, hər bir xalq üçün ictimai və dövlət maraqlarının müdafiəsi başlıca istiaqmət olmalıdır.
 
Dövlət maraqlarının müdafiəsi cəmiyyətin hər bir nümayəndəsinin borcudur. Cəmiyyət hər zaman öz dövlətinin maraqlarına, dövlətin siyasətinə uyğun addım atmalı, dövlətin müsbət gələcəyinin təminatında öz üzərinə düşün məsuliyyətdən yayınmamalıdır. Vətəndaş dövlətin və xalqın ictimai maraqlarına uyğun addım atmağı öz qarşısında bir borc kimi bilməlidir. Elə ölkəmizdə də xalq, cəmiyyət, vətəndaş tərəfindən bu maraqların müdafiəsinin yüksək olduğu aydın görünür. Təkcə 2020-ci ildə Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi zamanı biz bunun yüksək səviyyədə qurulduğunun şahidi olduq. Uşaqdan böyüyə qədər hər kəs dövlətin maraqlarına uyğun istiqamətdə addımlamağın vacibliyini dərk edir. Hər bir azərbaycanlı Vətən müharibəsində bütün dünyaya Azərbaycanda xalq və dövlət arasındakı yüksək inam və bağlılığı sübut etdi. Xalqımız bütün dünyaya göstərdi ki, cəmiyyət və dövlətin maraqları üst-üstə düşərsə, bu zaman həmin dövlət və xalq uğur qazanar.

Prezident İham Əliyev də gənclərlə görüşü zamanı qeyd etmişdi ki, gənclər üçün də ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir:

"Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar”.
 

Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Azərbaycan milli müstəqilliyimizə, milli dövlətçiliyimizə xidmət edən bir xalq kimi özünü təsdiq edib:

"Azərbaycan cəmiyyəti ictimai və dövlət maraqlarının qorunub saxlanılması ilə bağlı ən müxtəlif kritik məqamlarda öz iradəsini ortaya qoyub. Bütövlükdə, Azərbaycan cəmiyyəti və xalqı milli müstəqilliyimizə, milli dövlətçiliyimizə son dərəcə sədaqətlə xidmət edən və onun keşiyində durmaq iradəsini ifadə edən bir xalq kimi özünü təsdiq edib. Ən müxtəlif tarixi və çətin məqamlarda, xüsusi olaraq Vətən müharibəsi dövründə Azərbaycan xalqı, cəmiyyəti Ali Baş Komandanla, dövlətlə, ordu ilə bərabər olaraq öz həmrəyliyini nümayiş etdirdi və qələbəmizin təmin olunmasında bu amil özünün son dərəcə ciddi rolunu oynadı. İctimai maraqlar baxımdan da xalqımız eyni iradəni nümayiş etdirir”.

Deputat həmçinin qeyd edib ki, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutanlar cəmiyyət tərəfindən heç bir halda dəstəklənmir:

"Təbii ki, ictimai və dövlət maraqlarının qorunub saxlanılmasına cəmiyyətin bütün seqmentləri tərəfindən məsulliyyətlə yanaşılır və xidmət, sədaqət göstərilir. Lakin cəmiyyətin müəyyən kəsimi ki var, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynaya bilməyən, ictimai rəyin formalaşmasına təsir göstərməyən radikal qanad ictimai və dövlət maraqlarından daha çox özlərinin şəxsi və qrup maraqlarına üstünlük verirlər. Təbii ki, bu da cəmiyyət tərəfindən heç zaman dəstəklənmir. Onların atmış olduğu bu addımlar, yəni ictimai və dövlət maraqlarına zidd olan, daha çox şəxsi maraqlara xidmət edən addımları cəmiyyət tərəfindən heç bir halda dəstəklənmir”.
 


Politoloq Tural İsmayılov da AZXEBER.COM-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirib.
 
O, qeyd edib ki, vətəndaşların ilk vəzifəsi ictimai və dövlət maraqlarını qorumaq olmalıdır:

"Mən düşünürəm ki, vətəndaşların ən birinci vəzifələrindən biri mütləq ictimai və dövlət maraqlarını qorumaq olmalıdır. Ümumilikdə, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası və eyni zamanda tərəfdaşlıq etdiyimiz beynəlxalq təşkilatların prinsiplərində də ictimai və dövlət maraqlarının müdafiəsinin həmin bölgənin vətəndaşları tərəfindən həyata keçirilməsi ilə bağlı konkret müddəalar var. Nəzərə almaq lazımdır ki, bu istiqamətdə iş görmək üçün ilk növbədə maarifləndirmə prosesi çox güclü şəkildə həyata keçirilməlidir. İnsanlarımız təbliğat prosesində fəal olmağı bacarmalıdırlar. Şükürlər olsun ki, bizim ölkəmizdə bu sahədə kifayət qədər uğurlu nəticələr mövcuddur”.

Tural İsmayılov həmçinin qeyd edib ki, vətəndaşlarımızın ictimai və dövlət maraqları müdafiəsindəki fəallığı bir çox digər ölkələr üçün örnək olacaq vəziyyətdədir:

zəlliklə həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəl və sonrakı dövrdə Azərbaycan cəmiyyəti öz dövlətinin daim yanında yer alıb və dövlətin yanında yer alaraq həm ölkə maraqlarındı, həm də dövlət maraqlarını öz fərdi mənafelərindən üstün tutmağa çalışıb. Bu baxımdan mən düşünürəm ki, Azərbaycanda vətəndaşların ictimai və dövlət maraqları müdafiəsindəki fəallığı bir çox digər ölkələr üçün örnək olacaq vəziyyətdədir”.

Təkcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, Azərbaycandan kənarda yaşayan milyonlarla həmyerlilərimiz də öz vətəninə, torpağına bağlı şəxslərdir. Elə onlar da ictimai və dövlət maraqlarından çıxış edir, milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişaf etdiyi bir xalqın nümayəndəsi olduqlarını nümayiş etdirirlər.

Aydın Nuri,
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.


OXŞAR XƏBƏRLƏR