Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı

SOSİAL
14:19 29.03.2020
2642
"Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb”.

Bunu "Report”a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.

Deputat əvvəlcə icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: "A.Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, icra hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçirilib. A.Dilavərovun test yoxlanışının nəticəsi pozitiv çıxıb”.

E.Nəsirov qeyd edib ki, hazırda icra başçısının müavini xəstəxanada karantinə alınıb: "Amma heç bir müalicə almır. Buna səbəb A.Dilavərovun ikinci test yoxlanışının nəticəsini gözləməsidir”.

Deputat vurğulayıb ki, A.Dilavərov sağlamlığında heç bir problem olmadığını və özünü pis hiss etmədiyini də söyləyib.

OXŞAR XƏBƏRLƏR