Azərbaycanda vəzifəli şəxsi maşın vurdu

Azərbaycanda vəzifəli şəxsi maşın vurdu
SOSİAL
10:32 21.10.2022
357
Şirvanda avtomobil iki nəfəri vurub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alan M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.

Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR