Ötən il Azərbaycanda 6 uşağın övladlığa götürülməsi ləğv edilib
AZXEBER.COM açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanda 149 uşaq övladlığa götürülüb. Onların 71-i qız, 78-i isə oğlan olub.
Övladlığa götürülən uşaqların 15-i 1 yaşadək, 80-i 1-5 yaş, 36-sı 6-10 yaş, 18-i isə 11-17 yaş qrupunda olub.
Bundan əlavə, 2025-ci ildə 6 uşağın övladlığa götürülməsi barədə qərar ləğv edilib. Onlardan 5-i qız, 1-i isə oğlandır.
Ləğv edilən övladlığa götürmələrin 1-i 1-5 yaş, 2-si 6-10 yaş, 3-ü isə 11-17 yaş qrupunda olan uşaqlara aid olub.
Ümumi statistik məlumatlar isə son illərdə övladlığa götürülən uşaqların sayında azalma olduğunu göstərir. Belə ki, 2015-ci ildə 805, 2020-ci ildə 234, 2024-cü ildə 165, 2025-ci ildə isə 149 uşaq övladlığa götürülüb.
Fəridə Əsədzadə











































