Azərbaycanda vulkan xəbərdarlığı: evlər satışa çıxarıldı

Azərbaycanda vulkan xəbərdarlığı: evlər satışa çıxarıldı
SOSİAL
23:42 17.02.2019
4172
Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər.

AZXEBER.COM xəbər verir ki,  bu barədə  Geologiya və Geofizika institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib.

O bildirib ki, vulkan püskürərsə, yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yarana bilər. Elə buna görədə bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb.

Belə ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalını artırıb.

Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb.

Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər hər an baş verə biləcək hadisədən qorxduqlarını bildirirlər.

Qeyd edək ki, Bozdağ-Qobu vulkanı ən təhlükəli vulkanlardan biri hesab olunur.
OXŞAR XƏBƏRLƏR