Azərbaycanda vurulan ümumi peyvəndlərin sayı 1,2 milyonu ötdü

Azərbaycanda vurulan ümumi peyvəndlərin sayı 1,2 milyonu ötdü
SOSİAL
17:03 13.04.2021
352
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 976 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 199 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 212 163, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 787 066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425 097 təşkil edir.
OXŞAR XƏBƏRLƏR