Azərbaycanda ‘WhatsApp’a virus göndərib pulumuzu oğurlayanlar - Cibimizə belə girirlər /VİDEOFAKT

Azərbaycanda ‘WhatsApp’a virus göndərib pulumuzu oğurlayanlar -  Cibimizə belə girirlər /VİDEOFAKT
SOSİAL
16:04 28.06.2016
1592
Azərbaycanda mobil telefonlara "Facebook" üzərindən virus yayılması halları aşkarlanıb. 
Bu barədə yerli mobil operator istifadəçilərindən biri məlumat verib.
Məlumata görə, "Facebook" istifadəçiləri bu sosial şəbəkədə Türkiyə türkcəsində yayımlanan “İş makinesi kuleyi arabanın üstünə yıkıyor”, “Kadın erkeklere şaka yaparken kötü sonuçlandı” və s. başlıqlı videoları klik edərkən həmin videoların açılması əvəzinə “hitvideos.pw” saytına yönləndirilirlər. Virus linkə keçid aldıqdan sonra abunəçilərdə çaşqınlıq yaradaraq "videonu izləmək" üçün "Play" düyməsinə basmaq təklif olunur. "Play" düyməsini basdıqdan sonra isə istifadəçinin balansından avtomatik olaraq 0.59 manat çıxır və bu məbləğin gündəlik çıxılacağı haqqında bildiriş mesaji gəlir. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir.
Virus yayılan videoların mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti ilə əlaqəsi olması müəyyənləşdirilib, məhz bu şirkət istfadəçilərdən pul silir.
Qeyd edək ki, bundan əvvəl də yerli mobil operator istifadəçiləri telefondan bəzi xəbər saytlarına keçid edərkən “hot-ero.net” saytına yönləndirildiklərini bildiriblər. Məlumata əsasən, virus telefon istifadəçilərini çaşqınlığa salaraq "EROTUBE 18+" nümayiş etdirib - "Play" basandan sonra pul silinərək video yerinə erotik foto təqdim olunurdu. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir. Bildirilirdi ki, eyni cür virus, həmçinin wap.edugate.az saytına keçidi də təmin edir.
Araşdırma nəticəsində virus yayılan xidmətin mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət ölkədə fəaliyyət göstərən mobil operatorla əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir.
Xatırladaq ki, daha əvvəl yayılmış xəbərlərə görə, eyni tipli viruslar "WhatsApp" vasitəsi ilə də yayılırdı və onu da məhz NMS şirkəti təqdim edirdi. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bəyanat yayaraq, Azərbaycanın “WhatsApp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta "WhatsApp" hesablarından fırıldaqçı mesajlar gəldiyi haqqında məlumat vermişdi. Bayanatda qeyd olunurdu ki, “Göndərilən mesajlarda “WhatsApp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və “Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapırdı.
Qısa yoxlamadan sonra NMS şirkətinin saytının və həmin virus xarakterli videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib.
Aslan Hacıyev və Anar Hacıyev qardaşlarının vətəndaşların cibinə girən fəaliyyəti barədə mətbuatda dəfələrlə yazılıb. Təəssüf ki, keçmiş nazir Əli Abbasovun dövründə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün heç bir addım atmadı. Bununla da, həmin şəxslərin məhz müəyyən dairələr tərəfindən himayə olunduğunu, qanunsuz əməllərinə qəsdən göz yumulduğunu göstərmiş oldu.
Artıq rabitə və yüksək texnologiyalar naziri dəyişib, nazirliyin sturukturunda ciddi dəyişikliklə olub. Bəs görəsən ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin ağır olduğu vaxtda yeni nazir Ramin Quluzadə insanların cibindən oğurluq edən bu şəxslərin qanunsuz fəaliyyətinə son qoymaq üçün niyə hər hansı bir addım atmır? İnanırıq ki, yeni nazir qanunsuz əməllərə son qoymaq üçün ən qısa zamanda konkret addımlar atacaq...
Qaynarinfo.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
19:10 28.04.2025
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
18:58 28.04.2025
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
18:47 28.04.2025
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"