BAKU AZƏRBAYCAN
10°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Azərbaycanda xərçəngə qarşı bitki aşkarlanıb

Azərbaycanda xərçəngə qarşı bitki aşkarlanıb
SAĞLAMLIQ
10:40 07.02.2020
5402
Azərbaycan alimləri xarici alimlərlə birgə apardıqları elmi araşdırmalar zamanı Ardıc ağacları (Juniperus oblonga M.Bieb) ilə bağlı maraqlı tibbi məlumat əldə ediblər.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı Ardıc ağaclarında ginekoloji xəstəliklərin - erkən uşaqlıq xərçəngi olan neuroblastomanın (NB) müalicəsi üçün xeyirli olan, şişə güclü təsir göstərə bilən maddə aşkar edilib. Bu ağacda neuroblastomanın müalicəsi üçün güclü təsiredici maddənin olması indiyədək elmi mənbələrdə qeyd edilməmişdi.

İnstitutdan bildirilib ki, dərmana qarşı davamlılığın inkişafı baxımından NB-nin müalicəsi üçün yeni terapevtik strategiyalara ehtiyac var. Hazırda onkolojı xəstəliklərin kimyəvi terapiyası zamanı bir çox bitki mənşəli preparatlardan və ya təbii birləşmələr əsaslı analoqlardan istifadə edilir. Digər tərəfdən, ardıclar sərv ailəsinə mənsub olan həmişəyaşıl kol və ya iynə yarpaqlı ağaclardır. Ardıclar İran, Türkiyə və Qafqaz ərazisində dağlarda yayılan dərman bitkisidir. Bu bitkilərdən alınan liqnanlar, flavonoidlər və diterpenoidlər xərçəng əleyhinə xüsusiyyətlərinə görə sınaqdan keçirilib.

Araşdırma zamanı ardıc növlərindən alınan və əsasən abietan və labdan skeletinə əsaslanan diterpenoidlərin müəyyənləşdirilməsi zamanı hüceyrə xətlərinin neyroblastoması üçün güclü şiş əleyhinə təsir aşkar edilib.

Spektroskopik metodlar və rentgenstruktur analizlərdən istifadə olunmaqla izolyasiya və struktur təhlil yolu ilə ardıclar üzrə aparılan fitokimyəvi tədqiqatlar nəticəsində əvvəllər qeyd olunmamış bir labdan-diterpen, doqquz məlum diterpen, iki məlum liqnan və kumarinin aşkar edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:21 03.04.2020

ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü

22:59 03.04.2020

Tənha insanlara xidmət göstərən şəxslərin hərəkəti sərbəstdir - RƏSMİ

22:48 03.04.2020

Tovuzdakı Qarabağ əlillərinə qoruyucu vasitələr göndərildi

22:34 03.04.2020

Nazirlər Kabineti icazəli şəxsi avtomobillərdən istifadə qaydalarına aydınlıq gətirdi

22:26 03.04.2020

Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

22:12 03.04.2020

Türkiyədə daha 69 nəfər koronavirusdan öldü

21:52 03.04.2020

Nazirlər Kabineti: Hər kəs qaydalara riayət etsə, virusa yoluxma azalacaq

21:44 03.04.2020

Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

21:12 03.04.2020

İtaliyada bu gün koronavirusdan 766 nəfər öldü

21:02 03.04.2020

Koronavirusa yoluxanların çoxu Bakıdandır - Rayonların statistikası

19:44 03.04.2020

Xaliq Hüseynovdan maarifləndirici video: "Sabahımıza gedən yolu #evdeqal araq işıqlandıraq!"

19:41 03.04.2020

Məşhur stadion müalicə mərkəzinə çevriləcək

19:01 03.04.2020

Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib -Foto

18:34 03.04.2020

Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb

18:23 03.04.2020

“Koronavirus təkcə ağciyərləri deyil, beyin və ürəyi də zədələyir” - Almaniyada həkim işləyən azərbaycanlı

18:15 03.04.2020

Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi