Azərbaycanda xəstə üçün çağrılan "təcili yardım" maşını qəzaya uğradı - xəsarət alanlar var

Azərbaycanda xəstə üçün çağrılan "təcili yardım" maşını qəzaya uğradı - xəsarət alanlar var
SOSİAL
20:29 26.08.2018
6831
Bu gün Şamaxı rayonunun Pirqulu kəndinə gedən yolda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM "report"-a istinadən bildirir ki, kəndə xəstə yanına çağrılan "təcili yardım" maşını yüksək sürətlə hərəkətdə olarkən qaşısına çıxan minik maşını ilə toqquşub.

Qəza zamanı "təcili yardım" maşınında olan 1985-ci il təvəllüdlü həkim Əliyev Hikmət Seyidməmməd oğlu və 1954-cü il təvəllüdlü feldşer Xəlilov Zahid Hacıməmməd oğlu xəsarət alıb. Onlardan H.Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR