Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyyə olundu

SOSİAL
14:24 11.12.2019
2750
Yevlaxda xəstəxanada yanğın baş verib.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR