Azərbaycanda xəstəxananın mühafizəçiləri qəzaya düşdü -Ölən var

SOSİAL
11:37 07.06.2023
1025
Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var.
 
Hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri işdən çıxıb evə gedərkən onların olduğu nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə mühafizəçilərdən biri Elnur Kəlbiyev dünyasını dəyişib, Sahil İsayevin isə vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR