Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

SOSİAL
09:32 14.10.2019
5599

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə aınıb.

Füzuli rayon sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəfər Qənimət oğlu idarə etdiyi "Kamaz” markalı yük maşını ilə hərəkətdə olarkən "Mersedes” markalı minik avtomobilinin üzərinə aşıb.

 

Qəza nəticəsində "Kamaz”ın sürücüsü və "Mersedes”də olan Hacıqabulun Atbulaq kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Ağasi Cavad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar saat 19:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

"Kamaz”ın sürücüsü ağır kəllə-beyin travması aldığından reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alan isə ilk yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Həkimlərin səyinə baxmayaraq, gecə saatlarında Q.Hüseynov xəstəxanada dünyasını dəyişib.

Bundan qəzəblənən mərhumun yaxınları ikisi qadın, dördü kişi olmaqla həkim və tibb bacılarına hücum ediblər. Reanimasiya şöbəsinin pəncərələri sındırılıb.

Xəstəxananın tarvmatologiya şöbəsinin müdiri həkim Şəmsi Əhmədov döyülərək müxtəif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə polis əməkdaşlarının gəlişindən sonra insident sakitləşib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:24 14.07.2020

XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı