Son zamanlar ölkə ərazisində yanğınların sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə də çoxmərtəbəli binalarda və yaşayış massivlərində baş verən hadisələr təhlükəsizliklə bağlı ciddi narahatlıq doğurur.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, ötən illə müqayisədə yanğınların sayında azalma var:
"Cari ilin ötən dövrü ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə yanğınların sayında 9 fakt azalma qeydə alınıb.
Bundan əlavə, yanğınların baş vermə səbəbi əsasən yanğın təhlükəsizliyi qaydalarının pozulmasıdır”.
Şahanə Ziyad










































