"Azərbaycanda yanvar ayı ərzində dəm qazından 46 nəfər zəhərlənib".
Bu barədə AZXEBER.COM-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.
Azər Maqsudov bildirib ki, yanvar ayı ərzində şöbəyə müraciət edənlər arasında 8 azyaşlı da olub:
"Ötən ay xəstəxananın Toksikologiya Şöbəsinə dəm qazından zəhərlənmə ilə bağlı 46 nəfər müraciət edib. Son iki gündə isə 12 nəfər zəhərlənmə ilə bağlı şöbəyə gətirilib. Ümumi 58 nəfərdən 51-i qəbul olunub. Qəbul edilənlərdən 8-i azyaşlı olub. Ölüm hadisəsi qeydə alınmayıb”.

Şöbə rəhbəri onu da əlavə edib ki, yanvar ayı ərzində dərmandan zəhərlənmə ilə əlaqədar olaraq 18 nəfər müraciət edib:
"Allergik reaksiyaya görə isə dörd nəfər qəbul edilib. Sirkə turşusu zəhərlənməsi ilə bağlı müraciət edən altı nəfərdən biri dünyasını dəyişib. Həmin şəxs 40 yaşlarında qadın olub.
Spirtli içkidən zəhərlənmə ilə müraciət daxil olmayıb”.
Sevinc Yasinqızı