02:06 çərşənbə Axşamı, 17 Sentyabr 2019
SOSİAL

Azərbaycanda yas mərasimi keçirilən ev uçdu - 10 nəfər xəsarət aldı

13:35, 25.08.20194967
Azərbaycanda yas mərasimi keçirilən ev uçdu - 10 nəfər xəsarət aldı
İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralılar var.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə yeni baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 
XƏBƏR LENTİ