Azərbaycanda 2001-ci ilədək homoseksuallıq cinayət hesab edilirdi.
Elə həmin il bu qanun Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məqsədilə Cinayət Məcəlləsindən çıxarıldı. Azərbaycanda azad LGBT (lezbiyan, gey, biseksual, trans) məhz bu tarixdən formalaşmağa başlamışdır. Dini və mental dəyərlərə tərs olan Azərbaycandakı eynicinslilərin həyat tərzi, təbii ki, Avropa və digər inkişaf etmiş ölkələrdən çox fərqlidir. Bu fərqlilikləri nəzərə alaraq, Azərbaycandakı geyləri şərti olaraq kobud şəkildə də olsa bir neçə qrupa bölmüşəm.
Kənd və ucqar rayonlarda yaşayanlar. Bu cür geylərin həyatı dözülməzdir. Onlar partnyor tapmaqda çətinlik çəkir. Yanlış seçimlərinə görə çox zaman şantaj edilir, təhqirlərə məruz qalırlar. Böyük əksəriyyəti məcburi evləndirilir. İntihar edənlər də az deyil.
Fahişələr. Heterolar arasında olduğu kimi, gey və lezbiyanlar arasında da fahişə həyatı keçirən insanlar var. Onlar pul qarşılığında bədənlərini satır. Azərbaycanda çox da yayqın olmasa da, bu işi ehtiyacdan edənlər də var. Bəzi tələbələri və internatdan yeni çıxan gəncləri misal kimi göstərmək olar.
Modellər və stilistlər. Azərbaycanda kifayət qədər çox model homoseksualdır. Böyük əksəriyyəti bunu gizlətməyə çalışır. Onlar arasında pul qarşılığı sekslə məşğul olanlar da az deyil. Varlı biseksual (və ya gey) insanlara yataqda həzz yaşatmaq bəzən məhz onların həyat tərzinə çevrilir.
Məşhurlar. Azərbaycan məşhurları arasında geylər həddindən artıq çoxdur. Bura müğənnilər, aktyorlar, televiziya işçiləri, media nümayəndələri və siyasət dünyasının tanınmış simaları daxildir.
Qlamur yeniyetmələr. Yeni nəslin – yeni minilliyin, yeni əsrin gənc yeniyetmələri arasında geylər də az deyil. Onların özlərinəməxsus çevrələri olur. Əsasən rahat (relax) olmaqları ilə digərlərindən fərqlənirlər.
Yaşlılıar – Bildiyimiz kimi homoseksuallıq son 20 ildə yaranmayıb. Hələ SSRİ dönəmindən onlar gizli də olsa öz həyatlarını yaşamışlar. Evli olduqlarından uzun müddət qadınla yataqda ehtiraslarını bölüşmüşlər. Artıq yaşlanmış xanımlarının yataqda yararsız olduğunu görən yaşlı geylər illərdir gizlətdikləri bu hissi yaranmış azadlıqdan istifadə edərək göstərməyə çalışırlar. Yəqin ictimai nəqliyyat vasitələrində bu cür insanlarla qarşılaşanınız olub.
Melanxoliklər. İkili həyat yaşamağı bacarmayan və buna görə uzun müddət depresiyada qalan şəxslər qapalı həyat keçirir, insanlarla ünsiyyətdən qaçırlar.
Həyat tərzinə görə;
Müasirlər. Avropasayağı, dəbdəbəli gey həyatı yaşayırlar. Yalnız öz şəbəkələriylə ünsiyyətdə olurlar. Aralarında savadlı, nümünəvi həyat keçirənləri də az deyil.
Orta. Gözə çarpmayan, gözə görünməyən təbəqədir. Özlərinin kiçik qrupları olur. Aralarında həm ağıllı, həm də axmaqları olur.
Kütbeyinlər. Yüngül həyat keçirən geylərin aid olduğu qrupdur. Özlərinəməxsus şəbəkələri vardır. Hər zaman daha üst təbəqəyə qoşulmağa can atırlar. Cəmiyyətin gözü önündədirlər. Ona görə də, geylərin mənfi reputasiyasının əsas səbəbkarlarıdırlar.
Cəmiyyətin homoseksuallara demək olar ki, kütləvi anti-tolerant, anti-humanist münasibətindən qaynaqlanaraq, geylər orientasiyalarını gizlətmək məcburiyyətində qalırlar. Buna görə də;
Saxta (fake) profilli geylər. Gizli həyat keçirdən geylər mövcud şəbəkəyə çıxmaq, yeni dostlar və partnyorlar tapmaq üçün sosial şəbəkələrdə saxta adlarla hesab açırlar.
Real profilli geylər. Onlar adətən öz orientasiyalarını açıq şəkildə göstərənlərdir.
Seksdəki rollarına görə geylər 3 qrupa bölünür; aktiv, passiv, universal. Bəzi insanlara görə bu önəmsizdir, bəziləri üçünsə tam əksinədir. Azərbaycanda bu qruplara aid insanlarda müəyyən fərqlər var. Belə ki;
Aktiv geylər. Daim özləriylə mübarizədə olurlar, əsl kimliklərini qəbul etməkdə çətinlik çəkirlər. Gey olduqlarını heç vaxt etiraf etməzlər.
Passiv geylər. Azərbaycanda bu qrupa aid geylərdə feminen (qadınsı) xüsusiyyətlər çox olur. Yüngül həyat keçirənləri də az deyil.
Biseksuallar. Azərbaycanda biseksual kişilər düşünüləndən daha çoxdur. Buna baxmayaraq, onlar bunu etiraf etməzlər.
İkili münasibətə görə
Ciddi münasibət arzulayanlar. Azərbaycanda geylər gizli həyat yaşadıqları üçün partnyor tapmaqda çətinlik çəkirlər. Ona görə də uzunmüddətli flört – sevgi münasibəti yaşayanlar olduqca azdır.
Yalnız seks arzulayanlar. Yalnız müvəqqəti seks əlaqəsi üçün münasibət yaradanlar bilinəndən xeyliçoxdur. Bunun da müxtəlif səbəbləri var.
- Ikili həyatın gətirmiş olduğu stress
- Sevgi münasibəti üçün partnyor tapmaqda çətinlikÜmumi olaraq, Azərbaycandakı geylər haqqında heç də müsbət fikirlərim yoxdur. Dövlətin konkret homoseksuallara qarşı sərt mövqeyi olmasa da, cəmiyyət tərəfindən tənqidi, qəbuledilməz münasibət mövcuddur. Sözü gedən homofobiyaya qarşı, təəssüf ki, ölkəmizdə nümunəvi homoseksual cəmiyyəti yoxdur. Bunun da əsas səbəbi savadsızlıq, özünəhörmətin az olmasıdır. Mən demirəm ki, hər kəs ictimai fəal olsun. Xeyir! Sadəcə hər kəs öz həyatıyla öz ətrafına nümunə ola bilər. Azad seksin də əleyhinə deyiləm. Amma bir həddə qədər.
Normaları aşan anormal insanların da guruldaması bəzən insanlara mənfi təsir göstərir.
İnsanın cinsi orientasiyası, dini və ya siyasi baxışı onun həyatına mənfi təsir göstərməməlidir. İnsanlara gey və lezbiyan olaraq deyil, insan olaraq yanaşılmalıdır. Bu yanaşmanı isə qarşınızdakı insanın özü formalaşdırır.Tural,AZXEBER.COM