Azərbaycanda yaşlı qadın evində qətlə yetirildi - VİDEO - YENİLƏNİB

Azərbaycanda yaşlı qadın evində qətlə yetirildi - VİDEO - YENİLƏNİB
SOSİAL
09:14 10.11.2021
254
Sumqayıtda qətl hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.

Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR