Azərbaycanda yeni 10 manatlıq belə olacaq - FOTO

Azərbaycanda yeni 10 manatlıq belə olacaq - FOTO
SOSİAL
15:16 18.03.2019
3684
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. 
Bankdan AZXEBER.COM-a verilən məlumata görə, tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur. Dünyanın aparıcı mərkəzi bankları kimi Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyaları nəzərə almaqla pul nişanlarımızın dizaynının və xüsusilə mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. 

Bu istiqamətdə ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 24 may 2018-ci il tarixində tədavülə 200 manatlıq pul nişanı buraxılıb. Mərkəzi Bank tərəfindən dizayn mövzusu "Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilmişdir. 

Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub. 

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur. 

Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilmişdir. 

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
10:24 13.07.2026
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
10:19 13.07.2026
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
Pensiyalar nə vaxt veriləcək?
10:14 13.07.2026
Pensiyalar nə vaxt veriləcək?
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
10:09 13.07.2026
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
10:07 13.07.2026
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
10:06 13.07.2026
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
10:04 13.07.2026
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
10:03 13.07.2026
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
10:01 13.07.2026
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
09:59 13.07.2026
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
09:50 13.07.2026
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
09:48 13.07.2026
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
09:46 13.07.2026
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
09:41 13.07.2026
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
09:40 13.07.2026
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb
09:32 13.07.2026
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb