Azərbaycanda yeni fərdi inkişaf jurnalı açılıb

MARAQLI
18:00 29.05.2013
1646

Azərbaycanda yeni fərdi inkişaf jurnalı açılıb.

"Youth to Youth" gənclər şəbəkəsi tərəfindən yaradılan layihənin əsas məqsədi inkişaf etmək istəyən hər bir gəncin ən yaxın dostu olmaqdır.
Jurnalın yaradıcıları iddia edirlər ki, gəncliyin tələbat və ehtiyaclarının nələr olduğunu bilməklə, həmin ehtiyac və tələbatları onlar üçün təmin etməyi hədəf olaraq seçiblər.

Bu jurnalın əvvəlkilərdən fərqi odur ki, bu jurnal onlayn fəaliyyət göstərəcək və məqalələrin hamısı öz doğma dilimizdə dərc olunacaq. "Allmag"-çılar hesab edir ki, aktual olan bir çox mövzu barədə öz doğma dilimizdə məlumat qıtlığı var və layihənin prioritetlərindən biri doğma dilimizin təşviqatıdır.

20 nəfərlik jurnal heyəti hər gün ingilis, rus, türk və hətta italyan dillərindən onlarla məqalələri tərcümə edir və oxucuların diqqətinə çatdırır.

Şüarı "Akitv Allmag heç vaxt gec deyil" olan jurnalın kollektivi gənclər üçün çalışır və məqsədləri gənclərin İNKİŞAFıdır!

OXŞAR XƏBƏRLƏR