Azərbaycanda yeni intelektual oyun keçirilir - VİDEO
MARAQLI
00:05 09.05.2013
3288
“Jevahir” (İntellektual və Mükafatlandırıcı Oyun) virtual aləmdə sual-cavab şəklində həyata keçirilən yarışmadır. Bu oyun ilkin olaraq “Facebook” sosial şəbəkəsinin istifadəçiləri üçün nəzərdə tutulub və “Facebook” - da oynanılacaq. Daha sonra isə yarışma həm Facebook.Com, həm də Jevahir.Com saytlarında paralel olaraq aparılması planlaşdırılır. Oyun zamanı qalib gəlmiş iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.“Jevahir” (İntelektual və Mükafatlandırıcı Oyun) həftə içi 5 gün keçiriləcək. Oyunun şərtlərinə əsasən, iştirak edən hər kəsə sistem tərəfindən gün ərzində 10 sual təqdim olunacaq. Sualları düzgün və daha tez (bu vacib amildir) cavablandıran iştirakçı həmin günün qalibi olacaq və həmin günə təyin olunmuş hədiyyəni qazanacaq. Bundan əlavə, bizim “Həftənin qalibi”nə də mükafatımız olacaq. Bunun üçün 5 gün ərzində daha çox bal toplamaq lazımdır. Ən çox bal toplamış iştirakçı “Həftənin Qalibi” elan ediləcək. “Günün Qalibi” və “Həftənin Qalibi” olduğu kimi, ay ərzində ən çox bal toplamış iştirakçı “Ayın Qalibi” seçiləcək və xüsusi mükafata sahib olacaq.“Jevahir” (İntellektual və Mükafatlandırıcı Oyun) özündə bir sıra keyfiyyətləri cəmləşdirir.Əyləndiricidir : Jevahir oyun şəklində proqramlaşdırıldığı və yarışma şəklində olduğu üçün sizlərə əyləncəli dəqiqələr yaşadacaq.Marifləndiricidir : Yarışma müddətincə iştirakçının bilik səviyyəsinə uyğun olaraq bütün fənnlər və dünyagörüşü ilə əlaqəli müxtəlif çətinlik səviyyəsində olan suallar təqdim olunur. İştirakçının verdiyi hər bir səhv cavabın doğruluğu sistem tərəfindən izah olunacaq. Yəni siz səhv bildiyiniz sualın doğru cavabını avtomatik olaraq öyrənə biləcəksiniz. Bu cəhətdən bu oyun eyni zamanda maarifləndirici xarakter daşıyır.Mükafatlandırıcıdır: İştirakçıların qalib gəlmək üçün apardıqları mübarizə əlbəttə tərəfimizdən qiymətləndiriləcək. Bunun üçün yuxarıda qeyd etdiyimiz kateqoriyaların (“Günün qalibi”, “Həftənin qalibi” və “Ayın qalibi”) qalibləri sponsorlarımızın təqdim etdikləri hədiyyələrlə mükafatlandırılacaq.Yarışmamızda yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər. Təqdim olunacaq suallar müxtəlif kateqoriyalar üzrə olacaq. Hal-hazırda sual bazamızda 5000-dən artıq sual mövcuddur. Suallarımız çətinlik səviyyəsinə görə 5 hissəyə, mövzu fərqliliyinə görə isə 20 hissəyə ayrılmışdır. Təqdim olunacaq suallar Test, Boşluq doldurma və Multimediya(Videolu, Şəkilli, Səsli) formatında ola bilər.“Jevahir” (İntelektual və Mükafatlandırıcı Oyun) haqqında istənilən növ təklif, irad, rəy və istəklərinizi bildirmək üçün bizimlə ([email protected]/* */) əlaqə yarada bilərsiniz.Yarışmada iştirak edən bütün iştirakçılara “Jevahir” (İntellektual və Mükafatlandırıcı Oyun) heyəti adından uğurlar arzulayırıq!