Azərbaycanda yeni milli geyim müsabiqəsi başlayır

MƏDƏNİYYƏT
20:48 28.01.2013
2090
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəqs Ansamblı üçün milli geyim nümunələri əsasında səhnə (rəqs) geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edir. Nazirlikdən verilən məlumata görə, müsabiqənin şərtləri aşağıdakılardır:1. Geyim eskizləri Azərbaycan milli geyimlərinin xüsusiyyətlərini, formasını, koloritini, tarixi, etnoqrafik və bədii məzmununu özündə əks etdirməli, eyni zamanda müxtəlif rəqslərin ifası üçün funksional spesifikaya malik olmalıdır.2. Eskizlər A3 formatında, 3 müxtəlif komplektdə (hər komplektdə 3 kişi, 3 qadın geyimi) təqdim olunmalıdır.3. Geyim eskizləri 2013-cü il mart ayının 1-dən gec olmayaraq Mədəniyyət və Turizm Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 40, AZ 1000, Hökumət Evi, 3-cü mərtəbə, 305-ci otaq, telefon: 012 493-93-85 ) təqdim edilməlidir.Müsabiqəyə təqdim olunmuş geyim-eskizlərinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən 2013-cü il mart ayının 5-də baxış keçiriləcək.Münsiflər heyəti tərəfindən seçilmiş eskizlərin müəlliflərinə aşağıdakı pul mükafatları veriləcək:1-ci mükafat - 1 yer - 1000 manat2-ci mükafat - 1 yer - 800 manat3-cü mükafat - 1 yer- 600 manat

OXŞAR XƏBƏRLƏR