Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
SOSİAL
22:40 25.04.2018
5741
"SOCAR Methanol” şirkəti istehsalat xəttini genişləndirmək niyyətindədir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin direktoru Elnur Mustafayev deyib.

E.Mustafayev bildirib ki, hazırda "SOCAR Methanol” zavodunda texniki və analitik metanol istehsal olunur:

"Biz qısamüddətli perspektivdə əlavə dəyərin yaradılması üçün istehsal olunan məhsul xəttini genişləndirmək istəyirik. Söhbət həm də mühərrik yanacağı və formaldehid qismində metanol istehsalından gedir”.

Şirkət direktoru qeyd edib ki, metanol mühərrik yanacağı qismində avtomobillərdə və gəmilərdə istifadə oluna bilər.

OXŞAR XƏBƏRLƏR