Azərbaycanda Pirallahı seçki dairəsi yaradılıb. Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul olunub. MSK-nnı sədr müavini Natiq Məmmədov bildirib ki, bununla bağlı 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələrinin adlarında və ərazilərinin tərkibində dəyişiklik edilib.14 saylı Xəzər ikinci seçki dairəsinin əsasında Pirallahı seçki dairəsi yaradılıb. Bu dəyişikliklə bərabər "13 saylı Xəzər birinci seçki dairəsi" "13 saylı Xəzər seçki dairəsi" olub.İclasda, həmçinin bəzi seçki dairələrinin tərkibində dəyişikliklər edilib.