Azərbaycanda yeni siyasi blok yaradıldı

SİYASƏT
12:53 03.05.2013
2934

Ədalət Partiyası və Yaşıllar Partiyasının təmsil olunduğu “Vətən” blokunun yaradılması barədə qərar qəbul olunub.

APA-nın məlumatına görə, Yaşıllar Partiyasının sədri Mayis Gülalıyev bildirib ki, uzun müddətdir blokun yaradılması istiqamətində müzakirələr aparılıb. Partiya sədrinin sözlərinə görə, blokun rəsmən elan olunmasının gecikməsinə əsasnamə üzərində aparılan müzakirələr səbəb olub: “Artıq siyasi blokun adı, əsasnaməsi, gələcək planları dəqiqləşib. Biz çalışacağıq ki, bu blok ictimai-siyasi həyatda, ölkənin milli problemlərinin həllində iştirak etsin. Burada məqsəd Azərbaycan vətəndaşının maddi və siyasi tərəqqisinə xidmət etmək, hüquqi dövlət yaratmaqdır”.

Blokun açıq siyasi təşkilat olduğunu deyən partiya sədri istənilən qurumun blokda qatıla biləcəyini qeyd edib. Onun sözlərinə görə, blok yalnız seçki üçün istiqamətlənməyib, lakin ölkədə keçiriləcək bütün seçkilərdə iştirak etməyi planlaşdırır: “Bu siyasi blokdur. Eyni zamanda blokun bütün seçkilərdə aktiv iştirak etməsi nəzərdə tutulur. Əgər şərait yaranarsa, seçkiyə vahid namizədlə getmək məsələsini də düşünürük”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov isə bloku mütərəqqi addım kimi qiymətləndirib. O bildirib ki, blokda təmsil olunan partiyalar arasında əməkdaşlıq hərtərəfli səmimilik üzərində qurulub: “Bu əlaqələr insanların, ölkənin xeyrinə olmalıdır. Gələcəkdə blok zənginləşəcək. Hazırda bloka qatılmaq istəyən üzvlər də var”.

Sonra partiyalar “Vətən” blokunun Əsasnaməsinə imza atıb və blok rəsmiləşdirilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb