Azərbaycan internet media məkanında yeni ad Azərbaycanda yeni şou saytı fəaliyyətə başlayıb. Showlife.az adlanan yeni sayt Azerbaycan şou-biznes məkanında baş verən ən son və ekskluziv informasiyalarla oxucuların görüşünə gələcək. Saytda müğənnilərin köşə yazıları, onların həyatının görünməyən tərəfləri ilə bağlı özəl inormasiyalar və ən son mədəniyyət xəbərləri yer alacaq. Bundan başqa Azərbaycan televiziyalarında yayımlanan şou-biznes verilişlərinin görüntüləri də saytda yayımlanacaq. Showlife.az ənənəvi şou saytlarından kəskin fərqlənəcək, saytda daha çox müğənnilərin, şou adamlarının görünməyən tərəfləri işıqlandırılacaq.
Peşəkar jurnalistlərin çalışdığı showlife.az-a bu gündən internet-media-məkanında fəaliyyətə başlayacaq.
AZXEBER.COM