Azərbaycanda yol polisi piyadanı vurdu

Azərbaycanda yol polisi piyadanı vurdu
SOSİAL
08:14 16.01.2023
551
Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı "BMW” markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR