Azərbaycanda yol polisi xidmətdə olarkən bıçaqlandı - FOTOLAR

KRİMİNAL
01:04 13.05.2014
3076

Masallıda yol polisi əməkdaşı bıçaqlanıb

AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı, dərhal xəstəxanaya yerləşdirilib. Hazırda həkimlər onun vəziyyətinin orta ağır olduğu bildirirlər.

Qeyd edək ki, hadisə bügün saat 12.30 radələrində Masallı şəhər ərazisində baş verib. 

Rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidmətdə olarkən bıçalanıb. Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində üç saatdan artıq əməliyyat aparılıb. 

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Valideynləri onun heç kimlə şəxsi-qərəzliyi olmadığını və hadisənin də peşə fəaliyyəti dövründə baş verdiyini deyir.

İşi araşdıran Masallı rayon prokurorluğu fakta görə hələlik heç kimin saxlanılmadığını bildiriblər. 

İlkin ifadələrdən sonra araşdırmalara başlanılacaq.

OXŞAR XƏBƏRLƏR