Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb

Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb
SOSİAL
10:22 20.09.2017
736
Ötən gün respublikanın avtomobil yollarında baş verən yol qəzalarının statistikası açıqlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
 
Həmin qəzalardan ən ağırı Salyan rayonu ərazisində qeydə alınıb. Həmin qəzada 4 nəfər ölüb.
 
Bundan başqa, səhər saatlarında Biləsuvar rayonu ərazisində də ağır yol qəzası baş verib. Həmin qəzada 4 nəfər dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR