Azərbaycanda "yol terroru" -9 aya 527 nəfər ölüb

Azərbaycanda "yol terroru" -9 aya 527 nəfər ölüb
SOSİAL
18:50 13.11.2018
5745
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,4 faiz azalaraq 1771 nəfər olub. Həmin hadisələrdə 527 ölüb, 1244 nəfər isə xəsarət alıb.

Hadisələrin 40,4 faizi gündüz, 40,0 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məlumatda qeyd olunur ki, yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 407 nəfər, yaralananların sayı isə 0,8 faiz azalaraq 1172 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 44,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi (5,5 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 21,3 faizi (2,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,2 faizini, yaralananların isə 74,5 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 32 hadisə baş verib, nəticədə 13 nəfər ölüb, 31 nəfər yaralanıb. Belə hadisələrin 71,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO