Azərbaycanda zavodda bədbəxt hadisə: Ölən və xəsarət alan var

Azərbaycanda zavodda bədbəxt hadisə: Ölən və xəsarət alan var
SOSİAL
19:42 23.12.2017
2774
Sumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün saat 12.30 radələrində zavodun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri - quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək
OXŞAR XƏBƏRLƏR