Azərbaycanda zavodda partlayış: Xəsarət alanlar var

Azərbaycanda zavodda partlayış: Xəsarət alanlar var
SOSİAL
18:10 26.02.2018
2158
Mingəçevir şəhərindəki "Azneftmaş" ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.  

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb. 

OXŞAR XƏBƏRLƏR