Azərbaycandakı erməni əsirin anası Serj Sarkisyana müraciət etdi

SİYASƏT
12:32 27.11.2013
1936

Azərbaycanda əsirlikdə olan Ermənistan ordusunun əsgəri Akop İnciqulyanın anası Qayane İnciqulyan Ermənistan prezidentinə açıq məktub yazıb.

 APA-nın “Aysor.am” saytına istinadən verdiyi məlumata görə, Q. İnciqulyan S. Sarkisyandan xahiş edib ki, Azərbaycan prezidenti ilə növbəti görüşündə mümkün olarsa, oğlunun buraxılması məsələsini qaldırsın: “Mən əminəm ki, oğlu əsirlikdə olan ananın göz yaşları və ağrı-acısına laqeyd qalmayacaqsınız. Biz xahiş edirik ki, mümkündürsə Azərbaycan prezidenti ilə növbəti görüşünüzdə bu məsələni müzakirə edəsiniz”.

Xatırladaq ki, bu il avqustun 7-dən 8-nə keçən gecə Akop İnciqulyan cəbhənin Ağdam istiqamətində qoşunların təmas xəttini keçib və Azərbaycan əsgərləri tərəfindən əsir götürülüb

OXŞAR XƏBƏRLƏR