‘Azərbaycandakı Eurovision şousu Olimpiya Oyunlarına bənzəyəcək...’

MƏDƏNİYYƏT
14:18 29.03.2012
2263

Bakıda yaşayan ispanlar ölkəmiz haqqında təəssüratlarını belə paylaşır

İspaniyanın RTVE internet saytında Eurovision Mahnı Müsabiqəsi 2012-yə ev sahibliyi edən Azərbaycan haqqında məqalə dərc olunub.

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məqalədə Bakıda yaşayan ispanların "Eurovision 2012" hazırlıqları barədə təəssüratları yer alır. Müəlliflər Azərbaycanı nadir təbiətə və memarlığa sahib "rəssamlıq əsəri" kimi təsvir edir. Onlar öz həmvətənlərinə Azərbaycanın son illər ərzində sürətli iqtisadi və mədəni yüksəlişi barədə də danışırlar. Müxtəlif sahələrdə çalışan ispanlar Azərbaycanlıları dostsevər, mülayim insanlar kimi səciyyələndirirlər. Məqalədə bu ekzotik, günəşli ölkənin zəngin mənəvi irsindən söhbət açılır: "İçərişəhərin labirint dalanlarını gəzin, hər cür yeməkdən zövq alın". Onlar dostlarına həm də Bakı Bulvarına getməyi tövsiyyə edirlər. Məqalə müəllifləri oxuculara İçərişəhər, "Yanar Dağ" və palçıq vulkanlarının onları təəccübləndirəcəyini deyir. Bakıda yaşayan ispanların fikrincə, Azərbaycandakı 57-ci Eurovision Mahnı Müsabiqəsi Olimpiya Oyunları, futbol üzrə Dünya çempionatı kimi bir şouya çevriləcək. Məqalədə Azərbaycanlıların müsabiqəyə bayram əhval-ruhiyyəsində hazırlıq gördükləri bu cür qələmə köçürülüb. "Onlar buna çox şaddırlar və onu ölkələri üçün əhəmiyyətli hesab edirlər".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb