Azərbaycanla Ruysiya arasında strateji təərfdaşlıq, mehriban qonşuluq əlaqələri var. Rusiyada olan Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi üçün xüsusi portal yaradılıb və o portalda qeydiyyatdan keçmək mümkündür. Təqribən həftə ərzində 400-450 nəfərin gətirilməsi təmin oluna bilər”.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı danışıb.
"Bu günlərdə Azərbaycan ərazisindən Ruisiya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi koridor yaradılıb”, - deyə o bildirib.