Azərbaycandan Afrikada təhsilinə 1,5 milyon dollar vəsait ayrıldı

Azərbaycandan Afrikada təhsilinə 1,5 milyon dollar vəsait ayrıldı
SOSİAL
15:33 07.09.2017
1792
Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin "Twitter” səhifəsində yazılıb.

Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir.

Qeyd edək ki, Azərbaycan YUNESKO-nun donorlarından biridir. 2013-cü ildə Azərbaycanla bu qurum arasında imzalanmış çərçivə sazişinə əsasən ölkə Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirir.
OXŞAR XƏBƏRLƏR